İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərədən velosiped ilə Həcc səfərinə çıxan 8 nəfərlik qrup 17 ölkəni keçərək müqəddəs Mədinə şəhərinə çatdılar.
İngiltərəli velosipedçi zəvvarlar öz səfərlərini cari ilin İyun ayının 7-də London şəhərindən başlamışdılar. Onlar iki aydan az bir müddətdə 6500 kilometri qət edərək keçən həftənin Şənbə günü, Avqust ayının 3-də Mədinə şəhərinə çatıblar.
Mədinə şəhərinin əhalisi bu zəvvarları ilk dəfə Peyğəmbərin (s) hicrəti zamanı Ənsarlar tərəfindən oxunmuş "tələəl bədru əleyna" musiqili dini nəğməni oxuyaraq və şükr səcdəsi edərək qarşıladılar.
İngiltərəli velosipeçi zəvvarlar Mədinə şəhərini ziyarət etdikdən sonra Həcc ayinlərini icra etmək üçün Məkkə şəhərinə gedəcəklər.