İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın qərbində səhrada çobanlar İŞİD terror qruplaşmasına aid 25 milyon dollar dəyərində xəzinə tapıb. Bu barədə “Əl-Ərəbiyyə” televiziya kanalı məlumat verib.
Bildirilir ki, terrorçular Anbar əyalətindəki səhrada - cəmi 25 milyon dollar dəyərində dollar, qızıl və gümüşü gizlədiblər.
Kanaldan verilən məlumata görə, İŞİD-in xəzinəsi yerli çobanlar tərəfindən tapılıb.