İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehranın şəhərində keçirilən 33-cü beynəlxalq İslami vəhdət konfransında iştirak edən Fələstin İslam şurasının rəisi Şeyx Məhəmməd Nəmr Zəğmut bu gün (17 Noyabr 2019) İQNA-nın qonağı olub.
Livanın Fələstin İslam Şurasının rəisi Şeyx Məhəmməd Nəmr Zəğmut İran İslam Respublikasının Universitetlərinin Quran Təşkilatına gələrək İQNA-nın fəaliyyəti tanış olub.
O, İQNA-nın jurnalistləri ilə müsahibəsində deyib: Biz müsəlmanların Quranın xadimiyik. Ümidvaram ki, siz də bu yolda müvəffəq və Qurana xidmət etməkdə sabitqədəm olasız.
Bu görüşdə Livanın Dinlərarası Dialoq Koordinatoru və "əl-Məryəmiyyə" xristianlıq və İslam dialoqu beynəlxalq akademiyasının üzvü Seyid Əli Seyid Qasim və konfransın digər qonaqları da iştirak ediblər.