IQNA

Qızılı Quran nüsxəsini satmaq istəyən şəxs həbs edildi

15:05 - February 02, 2020
Xəbər sayı: 3486611
Bir kişi qızıl ilə yazılmış qədim və nadir Qurani-Kərim nüsxəsini satmaq istəyərkən həbs edilib. Cinayətkar Qurani-Kərimi Banqladeşdən olan bir ailəyə 160 milyon rupiyə samtaq istəyirmiş.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, qızıl ilə yazılmış qədim və nadir Qurani-Kərim nüsxəsini satmaq istəyən kişi həbs edildi.

Bu barədə Hindistanın Racestan vilayətinin polisi məlumat verib.

Məlumata əsasən həbs edilən kişi Qoranilər imperiyası dövründə qızıl hərflərlə yazılmış tarixi Quran nüsxəsini qaçaqmalçılıq yolu ilə satmaq istəyərkən saxlanılıb.  

Banvari Meena adlı bu şəxs qədim və nadir əşyaların qaçaqmalçılığı ilə məşğul olan dəstənin rəhbəridir.

Cinayətkar dəstə Qurani-Kərimi Banqladeşdən olan bir ailəyə 160 milyon rupiyə samtaq istəyirmiş.  

https://iqna.ir/fa/news/3875848

captcha