"əl-Yəvm əs-Sabe" informasiya portalının verdiyi xəbərə görə, bu layihə Mart ayının 17-dən başlayıb və Rusiyanın Müftilər Şurasının təşəbbüsü ilə həyata keçirilir.
Layihənin açılış mərasimində Rusiyanın baş müftisi və müsəlmanların dini idarəsinin rəisi Şeyx Ravi Eynuddin iştirak edib.
Allah-Taalanın dünyanı koronavirus bəlasından qoruması niyyəti ilə başlanan Quran tilavəti "mihrab.ru" internet portalından canlı yayımlanır.
Bu məqsədlə Rusiyanın kilsələrində də dua mərasimi başlanıb və hər gün koronavirus bəlasının cəmiyyətdən çəkilməsi üçün dua edilir.
Qeyd edək ki, indiyədək Rusiyada 114 nəfər bu virusa yoluxub ki, onlardan 8 nəfəri sağalıb.
Rusiya bu virusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkənin bütün təhsil ocaqlarını və idman klublarını Aprel ayının 12-dək tətil edib.