IQNA

Bruneyidə Quranın nazil olması festivalı virtual keçirildi

20:38 - May 12, 2020
Xəbər sayı: 3487229
Tehran (IQNA) -  Hər il mübarək Ramazan ayının 17-də Bruneyidə "Nuzulul-Quran" (Quranın nazil olması) festivalı xalqın izdihamlı iştirakı ilə keçirilir.

Bu il "Quranın nazil olması" fetsivalı koronavirusun yaratdığı məhdudiyyətlər səbəbi ilə virtual keçirilib.

Hər il üç min nəfərdən çox insanın iştirakı ilə ölkənin beynəlxalq konfranslar mərkəzində keçirilən bu festivalda Bruneyi sultanı Hacı Həsən Bulkiya çıxış edib.

Bu festvila hər il mübarək Ramazan ayında Qurani-Kərimin Həzrət Peyğəmbərə (s) nazil olması münasibəti ilə keçirilir.  

Bruneyinin dini işlər nazirliyi hər il bu münasibət ilə müsəlmanlar üçün müxtəlif radio və televiziya proqramları hazırlayır.

Bruneyi sultanı Hacı Həsən Bulkiya çıxışında insanlardan koronavirusa tutulan xəstələrin tez sağalması, ölkə əhalisinin həmişə təhlükəsizliyin qorunması və sülh içində yaşaması üçün dua etmələrini istəyib. O deyib: Dua və Quran oxumaq bizə çətinliklərə müqavimət göstərməkdə kömək edir.  

3898228

captcha