IQNA

Ayətullah Sistaninin FİTRƏ zəkatının məbləğini və hökmünü elan etdi

11:40 - May 19, 2020
Xəbər sayı: 3487257
Tehran (IQNA) -  Şiələrin İraqın Nəcəf şəhərində yaşayan mərcəyi-təqlidi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani müqəllidləri üçün cari ilin FİTRƏ zəkatının məbləğini elan edib.

Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin müqəddəs Qum şəhərində yerləşən dəftərxanasının bu barədə yaydığı məlumata görə, 2020-ci ilin FİTRƏ zəkatının məbləği İran İslam Respublikasının dövriyyədə olan pul vahidi ilə unun qiyməti əsasında 10 000 tüməndir.

Bu isə Azərbaycan respublikasının rəsmi pul vahidi ilə adam başına unun qiymətinə görə 1.80 manat deməkdir.

Qeyd edək ki, FİTRƏ zəkatı insanların gündəlik qida kimi ən çox işlətdikləri buğda, un, düyü, kişmiş, arpa və xurma kimi məhsulların bazar qiyməti ilə hesablanır. FİTRƏ zəkatı verən adam hər nəfər üçün 3 kq. un, düyü və ya xurmanın pulunu ödəməlidir.

Xatırladaq ki, hər kəs öz regionunda gündəlik qida kimi ən çox hansı məhsul istifadə edilirsə, FİTRƏ zəkatını həmin məhsulun qiyaməti ilə hər nəfər üçün 3 kq hesablamalıdır.

Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin fətvasına əsasən, müqəllidlər FİTRƏ zəkatını bayram namazından öncə müstəhəqqə (fitrəyə ehtiyacı olan)  insana çatdırmalıdırlar.

Bayram namazını qılmayanlar isə bu işi bayram günü Zöhr namazına qədər yerinə yetirməlidirlər.

Hər hansı bir üzrə görə bayram günü Fitrə zəkatını müstəhəqqə verə bilməyən müqəllid bu işi ilk fürsətdə yerinə yetirməlidir.

Müqəllidin yaşadığı regionda fəqir varsa, FİTRƏ zəkatı başqa bir şəhər, rayon və kəndə aparıla bilməz. Əgər müqəllidin yaşadığı ərazidə fəriq tapılmazsa, bu zaman fitrə zəkatını başqa şəhər, rayon və ya kəndə yaşayan fəqirə göndərə bilər.  

Ailəsi ilə yaşamayan əsgər və tələbələrin FİTRƏ zəkatı öz öhdələrinədir.    

3899947

 

captcha