IQNA

Məscidin üstünə Bizans bayrağı asdılar

19:11 - June 08, 2020
Xəbər sayı: 3487358
Tehran (IQNA) - Kiprdə (Cənubi) son bir həftədir ki, məscidlərə yönəlik təxribatlar davam edir. Bu dəfə Larnaka şəhərində olan Duzla məscidinin divarına Bizans bayrağı asılıb.

Kiprdə (Cənubi) son bir həftədir ki, məscidlərə yönəlik təxribatlar davam edir. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Larnaka şəhərində olan Duzla məscidinin divarına Bizans bayrağı asılıb.

Hadisə şəhərin Həmid Bəy adlanan küçəsində baş verib. Kimliyi bilinməyən şəxs və ya şəxslər Bizans bayrağını məscidin üstündən asıblar.

Ölkənin Din İşləri naziri Talib Atalay açıqlama verərək bildirib ki, bu təxribat xarakterli hərəkətdir və hadisəni qınayır. Atalay cinayətkarların dərhal tapılması çağırışı da edib. Rum kilsəsi yetkililərinin isə Duzla məscidinə baxış keçirməyə getdikləri verilən xəbərlər arasındadır.

Qeyd edək ki, bir neçə gün öncə də Kiprin Limasol şəhərindəki Körpülü məscidinin minarəsinə “Molotov kokteyli” atılıb, divarlarına İslam dini əleyhinə yazılar yazılmışdı.

Teqlər: məscid ، Bizans ، Bizans bayrağı ، kipr
captcha