İraqın Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən gün ölkənin Samirra və Kərkük şəhərlərində 14 terrorçu həbs olunub.
Maide.Az İraq KİV-lərinə istinadla bildirir ki, terrorçulardan 9-u Samirra şəhərinin müxtəlif bölgələrində keçirilən əməliyyatda həbs olunub. 5 terrorçu isə Kərkəkdə həbs olunub. Onlar İŞİD terror qruplaşmasının üzvləridir.
Həbs olunan terrorçular barəsində cinayət işi açılıb.
Onlardan silah və sursat götürürülüb.