IQNA

Yunanlı keşiş Ayasofiyanın məscidə çevirilməsi barədə fikrini bildirdi

12:21 - July 29, 2020
Xəbər sayı: 3487764
Ayasofya məscidində qılınan ilk namazın ardınca bəzi dini liderlər Türkiyəyə dəstəyini ifadə ediblər. Yunan keşiş Evancelos Papanikolaou, Ayasofyanın açılışı ilə Yunan rəhbərliyinə qarşı sərt çıxış edib.

Ayasofya məscidində qılınan ilk Cümə namazının ardınca müxtəlif ölkələrdəki bəzi dini liderlər məsələyə Türkiyəyə dəstəklərini ifadə edən münasibətlər bildiriblər.

Yunanınstanlı keşiş Evancelos Papanikolaou da Ayasofiyanın açılışı və məscid kimi istifadəsi ilə bağlı Yunan rəhbərliyinə qarşı sərt çıxış edib.

"Türklər harada olurdusa, həmişə daha yaxşı idilər", - deyən keşiş Papanikolaou, Yunanıstan tarixində bir çox ibadət ocaqlarının bağlandığını xatırladaraq, "Bu bizim üçün utancdır, amma həqiqətdir. Kritdə daha yaxşı monastır sistemi var idi. Türklər Kritdəki heç bir monastırı bağlamadılar, ancaq Yunanıstanda bir çox monastır və kilsə Othonasın əmri ilə bağlandı. Müqəddəslərin xatirələri gümüş qutulardan çıxarıldı və hökumət üçün maaşlara çevrildi", - deyə bildirib.

"Həmçinin, türklər hakimiyyətdə ikən insanlar öz dinlərini asanlıqla yaşaya bilirdilər",- deyən keşiş Papanikolaou, seçim etməli olsaydı, özünün də ibadət asanlığı baxımından türklərin idarəsini seçəcəyini ifadə edib.

"İndi isə çox təəssüf etdiyiniz Ayasofya hadisəsi haqqında. Allaha şükür. Ayasofyanın muzey kimi qalması, açıq-saçıq paltar geyən turistlərin dolması əvəzinə, insanların hörmətlə ziyarət edə biləcəyi, ayaqqabılarını çıxarıb daxil olduqları bir ibadət yeri olması daha yaxşıdır", - açıqlamasını verib.

eastnews.org

Teqlər: yunanistan ، ayasofiya ، kilsə ، muzey ، məscid ، istnabul ، keşiş
captcha