IQNA

Pakistan xalqı Şarli Hebdonun təhqiramiz karikaturalarına qarşı küçələrə çıxdı

9:16 - September 06, 2020
Xəbər sayı: 3488054
Pakistan xalqı Fransanın Şarli Hebdo jurnalının İslam Peyğəmbəri Muhəmmədlə (s) bağlı təhqiramiz karikaturaları yenidən dərc etməsini kəskin şəkildə qınayıb.

Pakistanın İslamabad, Lahor və Karaçi başda olmaqla bir çox şəhərində cümə namazından sonra təşkil edilən etirazlarda, Avropada İslamofob ölkələrin apardığı siyasətlər tənqid olunub.

Pakistanlı müsəlmanlar Norveç və İsveçi də bu jurnalın təhqiramiz sayının nəşrinə icazə verdiklərinə görə qınayıblar.

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi də jurnalın nəşrini pisləyib.

İndoneziyanın xarici işlər naziri Retno Marsudi də açıqlama verərək, dini cəmiyyətlər arasında tolerantlığı pozan bu təxribat hərəkətinin dünyanın yüz milyonlarla müsəlmanını narahat etdiyini söyləyib.

Bu hərəkətlərin demokratiya prinsiplərinə və dəyərlərinə zidd olduğunu vurğulayan Marsudi, danimarkalı islamofob siyasətçi Rasmus Paludanın tərəfdarlarının avqustun 28-i İsveçdə Quran yandırmaq təxribatınə da qınayıb. /abna24

Teqlər: pakistan ، şarli hebdo
captcha