Fransa prezidenti Emmanuel Makron tərəfindən İslam Peyğəmbərinin (s) karikaturasının yayılmasının təsdiqlənməsi dünyada müsəlmanların qəzəbinə səbəb olub.
Bu səbəbdən İran İslam İnqilabının dahi rəhbəri fransalı gənclərə qısa bir məktub yazıb.
Bu məktubun mətni fransız dilində sosial şəbəkələrdə paylaşılıb.
İran İslam İnqilabının rəhbəri və müsəlmanların ali dini lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları fransalı cavanlara məktub ünvanlayaraq onlardan öz prezidentlərindən bu sualı soruşmalarını istəyib:
"Nə üçün Allahın peyğəmbərini təhqir etməyi dəstəkləyir və bunu söz azadlığı hesab edir?!"
Məktubun mətnini təqdim edirik:
"Allahın adı ilə! Ey Fransa gəncləri!
Öz prezidentinizdən soruşun: Nə üçün Allahın peyğəmbərini təhqir etməyi dəstəkləyir və onu söz azadlığı hesab edir? Söz azadlığının mənası söyüş və təhqirdirmi, özü də parlaq və müqəddəs simaların təhqiri? Sizcə bu axmaq hərəkət onu özünə prezident seçən xalqın şüur və düşüncəsinə hörmətsizlik deyilmi ?
Növbəti sual budur ki, nə üçün Holokasta şübhə etmək cinayətdir? Əgər kimsə bu haqda yazarsa, həbsxanaya atılmalı, Peyğəmbərə (s) hörmətsizlik isə azaddır?"
Seyid Əli Xamenei