IQNA

Londonda islamofobiya mövzusunda 7. konfrans keçirilicək

23:14 - December 01, 2020
Xəbər sayı: 3488763
Tehran (IQNA) -  İngiltərənin paytaxtı London şəhərində İslami İnsan Haqları Birliyinin təşəbbüsü ilə islamofobiyanın Avropa ölkələrində çoxalması mövzusunda 7. İllik İslamofobiya Konfransı keçiriləcək.

Tehran (IQNA) -  İngiltərənin paytaxtı London şəhərində İslami İnsan Haqları Birliyinin təşəbbüsü ilə islamofobiyanın Avropa ölkələrində çoxalması mövzusunda 7. İllik İslamofobiya Konfransı keçiriləcək.

Londonun İslami İnsan Haqları Birliyinin təşəbbüsü və Anti-İmperializm Beynəlxalq Şəbəkəsi (Decolonial International Network) həmkarlığı ilə vebinar formatında keçiriləcək konfransda Avropada müsəlmanların bəşəri, siyasi, dini, ictimai və mədəni hüquqlarına edilən hücumlar müzakirə ediləcək.

Həmçinin vebinarda İngiltərə dövlətinin 2011-ci ildən müsəlman cavanların təhsil ocaqlarında dövlətin radikalizmlə mübarizəsi çərçivəsində təqib və kontrol edilməsi, müsəlman məscidlərin və təhsil ocaqlarına hücumların edilməsi, müsəlmanların heç bir günahları olmadan təqibə, zindana və həbsə məruz qalması kimi mövzular araşdırılacaq.

Konfransın elanında yazılıb: Makron Fransada müsəlman cavanlara qarşı nəzarət sistemi yaradıb. Müsəlman rəhbərlərin dilindən yazılı iltizam alır ki, İslam bir dindir, siyasi bir hərəkat deyil. İslamofobik karikaturalardan şikayət edənlər özləri cinayətkar hesab ediləcək və hətta ölkədən xaric edilməsi ehtimalı da var.

Avstriya istəyir ki, siyasi islami qanuni surətdə qadağan etsin. Bu qanuna etiraz edənlər və pozanlar həbs olunacaqlar. Siyasi islam ilə məşğul olan məscidlər və bu barədə şübhəli bilinən İslam mərkəzləri bağlanacaq. Məscidlərin imamları dövlət tərəfindən təyin edilməlidir.

Bütün bunlar göstərir ki, Avropanı islamofobiya bürüyüb. İnsanların bəşəri, mədəni və dini hüquqları dövlətlər rərfindən kobudcasına pozulur.  

Dekabr ayınıın 13-də keçiriləcək bu vebinarda Siyasi İslam mövzusuna da toxunulacaq, məsələnin müxtəlif cəhətləri araşdırılcaq. /3938614

 

captcha