IQNA

Həzrət Ayətullah Üzma Xamenei başsağlığı verib

20:46 - December 10, 2020
Xəbər sayı: 3488819
Tehran (IQNA) Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei mübariz və təqvalı alim Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdinin vəfatı münasibətilə başsağlığı verib.
Tehran (IQNA) Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei mübariz və təqvalı alim Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdinin vəfatı münasibətilə başsağlığı verib.
Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! 
Mübariz və təqvalı alim Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdinin  vəfatı münasibətilə Qum Elmiyyə Hövzəsinə, böyük mərcəi-təqlidlərə, aliməqamlı alimlərə, möhtərəm "müdərrislər şurası"na, o mərhumun şagirdləri, dostları və istəyənlərinə,  məxsusən, əziz ailəsinə, möhtərəm həyat yoldaşı və övladlarına başsağlığı verirəm.
Onun elmi və fiqhi fəaliyyətlərlə yanaşı, tağut dövründəki mübarizələri, İnqilabın bütün dövrlərindəki həmişəlik və davamlı iştirakı, ölkənin idarəsində yüksək vəzifələrdə, o cümlədən, Məhkəmə Sisteminin sədri, Nəzarət Şurası, Xobreqan Ekspertlər Məclisi və Parlamentdəki fəaliyyətləri bu görkəmli alimdən əhatəli və nüfuzlu şəxsiyyət formalaşdırmışdı. 
İnqilabın əsaslarına dönməz imanı,  bu yolda müqaviməti,  dini və inqilabi qeyrəti bu möhtərəm şəxsiyyətin digər bariz nişanalərindən idi. Ümid edirik ki, bu ağır mənəvi zəxirə onun dərəcələrinin ucalığına səbəb olacaq. Allah-Taaladan o mərhum üçün ilahi rəhmət, məğfirət və razılıq diləyirəm!"
captcha