İraqın Həşduş-Şəəbi Xalq Könüllüləri İslami Müqavimət Təşkilatı rəisinin müavini Şəhid Əbu Mehdi Mühəndisin indiyədək yayılmamış müsahibəsi yayımlanıb.
Şəhid Əbu Mehdi Mühəndis NÜCƏBA İslami Müqavmət Hərəkatının informasiya və əlaqələr mərkəzinə verdiyi bu müsahibədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin və SEPAH-ın Qüds ordusunun komandiri Şəhid General Qasim Süleymaninin İraq xalqına dəstəklərindan danışıb və Şəhid Hacı Qasim Süleymanin fədakarlıqlarından danışaraq onun İraqın İŞİD terrorçuları vasitəsi ilə işğalının qarşısını almasını alqışlayıb.
Şəhid Əbu Mehdi Mühəndis vurğulayıb ki, İraqın bir çox əyalətləri və şəhərləri İŞİD terrorçuları tərəfindən işğal və mühasirədə olanda Şəhid Hacı Qasim Süleymani helekopterlərlə mühasirənin ortasına gedir, mühasirəni yararır və köməksiz vətəndaşları terrorçulardan azad edirdi, hablbuki Amerika İŞİD-in vəhşiliklərinə təkcə tamaşa edirdi. /3944711