IQNA

Nəcməddin Ərbakanın silahdaşı namaz zamanı vəfat etdi

14:47 - January 30, 2021
Xəbər sayı: 3489166
Türkiyənin sabiq baş naziri və “Səadət” partiyasının mərhum lideri Nəcməddin Ərbakanın silahdaşı Dərviş Yıldırım namaz qılarkən dünyasını dəyişib.

Türkiyənin sabiq baş naziri və “Səadət” partiyasının mərhum lideri Nəcməddin Ərbakanın silahdaşı Dərviş Yıldırım namaz qılarkən dünyasını dəyişib.

Az.shafaqna.com kamubullteni.com-a istinadla xəbər verir ki, bu barədə “Səadət” partiyasının sabiq liderlərindən biri olmuş Nuri Temur bildirib. O, sosial şəbəkədəki şəxsi hesabında mərhumun yaxınlarına başsağlığı verib.

“Təşkilatımızın ağsaqqallarından biri, ədəbi, nəzakəti, lətafəti ilə bizə örnək olan Dərviş Yıldırım əmimiz cümə namazı qılarkən əmanəti təslim etdi. Allah rəhmət eləsin. Məkanı cənnət, məqamı ali olsun”, – Nuri Temur yazıb.

Qeyd edək ki, Bayburtdan olan Dərviş Yıldırımın namaz zamanı səcdə halında ürək tutmasından vəfat etdiyi bildirilib.

captcha