IQNA

Gürcüstanda İmam Hüseynin (ə) mövludu münasibətilə tədbir keçirilib

9:07 - March 18, 2021
Xəbər sayı: 3489474
Saqareconun Düzəyrəm kəndində Həzrət İmam Hüseynin (ə) mövlud günü münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə din xadimləri və Qaraçöpün kəndlərindən dəvət olunan müsəlmanlar iştirak edib.

Ötən gün (17 Mart 2021) Gürcüstanın Saqareconun Düzəyrəm kəndində Həzrət İmam Hüseynin (ə) mövlud günü münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə din xadimləri və Qaraçöpün kəndlərindən dəvət olunan müsəlmanlar iştirak edib.

Tədbir məscidin axundu Məşədi Samir Əliyevin Qurandan bir neçə ayəni tilavət etməsi və təbriki ilə başlayıb.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şaban ayının əvvəl günlərinə təsadüf edən mövludlar və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbriklərini çatdırıb.  İmam Hüseynin (ə) fəziləti, şəxsiyyəti və O Həzrətin həyatından alınan dərslər haqda geniş məlumat verib.

Sonra tədbirin aparıcısı Əli Ələkbərov sözü dəyərli yerli ruhanilər olan Əfqan Yolçuyev və Taleh Paşayevə verib. Çıxış edənlər tədbir iştirakçılarını əziz günlər münasibəti ilə təbrik edib Peyğəmbərimizn əmanəti olan Əhlibeytinin dəyər, fəzilət və insanlığa nümunə olmasından danışıblar.

Mərasimdə İmam Hüseynin (ə) həyatından bəhs edən video çarxlar təqdim olunub.

Nəhayət bayram süfrəsi ətrafında keçirilən tədbir dualar oxunmaqla sona çatıb. /oxuinfo

 

captcha