Pakistan beynəlxalq ictimaiyyəti Fələstin xalqının müdafiəsi istiqamətində tədbirlər görməyə səsləyib.
Bu barərə Pakistan XİN bəyanatla çıxış edib.
Bildirilir ki, Pakistan işğal altındakı Fələstin torpaqlarında baş verən qorxunc hadisələri ciddi təlaş və təşviş içərisində izləyir.
Qorxuducu hadisələr deyilərkən fələstinli müsəlmanların təqibi, günahsız fələstinlilərin həbsi və Fələstin xalqına qarşı əsassız və zorakı məhdudiyyətlər nəzərdə tutulur.
Qeyd edilir ki, bütün bu hallar təməl insani hüquqların pozulmasıdır.
Pakistan XİN-dən bildirilib ki, müqəddəs Ramazan ayının başlaması İsrailin Fələstin xalqına qarşı qeyri-qanuni hərəkətlərinin sayı da artıb.