Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı "müsəlmanları şeytanlaşdırmaq" (demonizasiya) strategiyasında günahlandırıb və bu səbəbdən də Qərbdə islamofobiyanın yayıldığını bildirib.
Onun sözlərinə görə, islamofobiya xərçəng kimi bütün dünyada, xüsusən də Qərbdə yayılır və İslama qarşı düşmənlik Bosniya və Herseqovinadan Myanmaya qədər bir çox faciədə özünü göstərib.
Ərdoğan əvvəllər marjinal sayılan radikal cərəyanların indi siyasi gündəmi təsir altına aldığını və bunun bir daha Qərbin bataqlıq içində olduğunu və bu təhlükəli tendensiyaya getdikcə daha çox batdığını göstərdiyini deyib.eastnews