Fələstinin İslami Cihad və Müqavimət Hərəkatı olan HƏMAS fələstinliləri cari həftənin Cümə günü (3 İyun 2021) İordan çayının qərb sahilində işğala qarşı "Qəzəb günü" keçirməyə çağırıb.
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "şəhab" informasiya portalına istinadla verdiyi xəbərə görə, bu barədə HƏMAS-ın rəsmi bürosu bəyanat yayıb.
“İordan çayının qərb sahilindəki qəsəbələrimizə və kəndlərimizə məskunlaşma hücumları ilə yanaşı, Məscidul-Əqsaya edilən hücum, xalqımız tərəfindən daha da böyük müqavimət və qarşıdurma ilə qarşılanacaq”, - deyə HƏMAS-ın bəyanatında bildirilir.
Xatırladaq ki, Fələstin ərazilərində "Qəzəb günü"ndə İsrailin yürütdüyü siyasətə qarşı kütləvi mitinqlər və etirazlar təşkil edilir. /iqna