IQNA

İmam Hüseyn (ə) hərəminin həyətində mərmər döşəməsi işləri davam edir - Foto

7:06 - July 03, 2021
Xəbər sayı: 3490196
İmam Hüseyn (ə) hərəmində türbənin cənub tərəfini, İmam Hüseynin (ə) türbəsinin Qiblə qapısından Zeynəbiyyə qapısına qədər istiqamətində 2000 kvadrat metr sahəni mərmərlə örtmə işlərinə başlayıblar.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "deyerler"ə istinadla verdiyi xəbərə görə,  İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının Mühəndislik və Texniki Layihələr şöbəsi ilə əməkdaşlıq edərək, türbənin cənub tərəfini, İmam Hüseynin (ə) türbəsinin Qiblə qapısından Zeynəbiyyə qapısına qədər istiqamətində 2000 kvadrat metr sahəni mərmərlə örtmə işlərinə başlayıblar.

Müqəddəs ziyarətgahın texniki xidmət şöbəsinin müdiri mühəndis Yusif Əsəd Saleh İmamhussain şəbəkəsinə verdiyi müsahibədə belə deyib: “Mərmərlə örtmə prosesi, yeni mərmərlərin nadir növlərdən biri sayılan “Oniks A” ilə örtüləcək, çünki yüksək keyfiyyətə malikdir. Mövcud iş mərhələləri həyətin cənub tərəfindən ağır və müasir cihazlar, mexanizmlər və avadanlıqlardan istifadə edərək ərazini düzəltmə mərhələsinə çatdı”.

Yusif Əsəd Saleh mühəndis və texniki kadrların Ərəfə gecəsi layihəni tamamlamaq və ziyarətçilər qarşısında açılışına dair plan hazırladıqlarını bildirib.

İmam Hüseynin (ə) ziyarətgahı, xüsusilə ziyarət mərasimlərini və ibadət əməllərini yerinə yetirmək üçün milyonların ziyarəti vaxtı ziyarətçilərin sayının artması üçün müqəddəs ziyarətgahın və ətraf bölgələrin mümkün qədər genişləndirilməsi üçün işlər görür. /imamhussain.org

 

captcha