IQNA

İyul ayının 20-si Qurban bayramına təsadüf edəcək

11:57 - July 10, 2021
Xəbər sayı: 3490246
Səudiyyə Ərəbistanının Ali Dini Məhkəməsi ötən gün, Cümə günü, Zil-Hiccə ayının yeni hilalının görünmədiyini bildirib və buna görə Şənbə günü (10 İyul 2021) Zil-Qədə ayının sonuncu günü elan edib.

Səudiyyə Ərəbistanının Ali Dini Məhkəməsi ötən gün, Cümə günü, 9 İyul 2021-ci il, Zil-Hiccə ayının yeni hilalının görünmədiyini bildirib və buna görə Şənbə günü (10 İyul 2021) Zil-Qədə ayının sonuncu günü elan edib.

Səudiyyə Ərəbistanının Ali Dini Məhkəməsi bu bəyanatın davamında bildirib ki, Həcc mərasimini yerinə yetirən hacılar İyul ayının 19-da (Ərəfə günü) Ərəfatda "vüquf" edəcəklər. Qurban bayramını isə ondan bir gün sonra, yəni İyul ayının 20-də qeyd edəcək və qurbanlarını kəsəcəklər.

Səudiyyə Ərəbistanının Ali Dini Məhkəməsinin nəzdində fəaliyyət göstərən "Qəməri Ayların İzlənməsi İdarəsi" də elan edib ki, Cümə günü (9 iyul) Zil-Hiccə ayının hilalı görünməyib. Buna görə Şənbə günü Zil-Qədə ayının 30-u, Bazar günü isə Zil-Hiccə ayının biri olacaqdır. /iqna

captcha