IQNA

Zilhiccə ayının ilk 10-günlüyündə qılınan namaz

8:01 - July 12, 2021
Xəbər sayı: 3490261
Zilhiccə ayı bərəkətli, şərafətli və fəzilətli aylardan biridir. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunur ki, Allah dərgahında heç bir ibadət və xeyir əməl bu ayın ilk ongünlüyü qədər sevimli deyil.

Zil-Hiccə ayının ilk on günündə hər gecə Məğrib və İşa namazları arasında aşağıda göstərilən iki rükət namazı qılmağın çoxlu savabı vardır.

Namazın qaydası belədir ki, hər rükətdə “Həmd” surəsi oxunduqdan sonra bir dəfə “İxlas” surəsi və aşağıdakı ayə (Əəraf/142) oxunsun:

وَ وَاعَدْنَا مُوسَى ثَلاثِينَ لَيْلَةً وَ أَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً وَ قَالَ مُوسَى لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَ أَصْلِحْ وَ لا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ

Ayənin oxunuşu:

"Və vaədna Musa səlasinə ləylətən və ətməmnaha bi-əşri fətəmmə miqatu rəbbihi ər­bəinə ləyləh, və qalə Musa liəxihi Harunəxlufni fi qəvmi, və əslih və la təttəbi` səbiləl-mufsidin".

Tərcüməsi:

"Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma».

Bu namazı qılan kəs hacıların savabına şərik olar. 

captcha