IQNA

Ayətullah Sistaninin dəftərxanası Şeyx Qəbəlanın vəfatı münasibəti ilə başsağlığı bəyanatı yaydı

15:18 - September 05, 2021
Xəbər sayı: 3490664
Təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Sistaninin dəftəxanası Livan Şiələri Ali İslam Məclisinin rəisi Şeyx Əbdül-Əmir Qəbəlanın vəfatı münasibəti ilə başsağlığı bəyanatı yayıb.

Şiələrin böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Sistaninin dəftəxanası Livan Şiələri Ali İslam Məclisinin rəisi Şeyx Əbdül-Əmir Qəbəlanın vəfatı münasibəti ilə başsağlığı bəyanatı yayıb.

Bəyanatda deyilir:

"Bismillahir-Rəhmanir-Rəhim.

İnna lillahi və inna iləyhi raciun.

Böyük kədər və dərin təəssüf hissi ilə bildiririk ki, ömrünü din, vətən uğurunda fəda etmiş, xalqa xidmət göstərmiş, onların işlərini islah və ehtiyaclarını təmin etmək üçün çalışmış Livan Şiələri Ali İslam Məclisinin rəisi Höccətul-İslam vəl-müslimin Əllamə Şeyx Əbdül-Əmir Qəbəlanın mələkut aləminə (İlahi dərgaha) ucalması xəbərini aldıq.

Bu ağır müsibət münasibəti ilə onun hörmətli ailəsi, Livanın fəzilətli alimləri, şeyxləri və ümumi caamatına təsliyət deyirik.

Mütəal Allahdan bu xoş aqibətli mərhumu Öz geniş rəhmətinin sayəsində qərar verməsini, Həzrət Məhəmməd (s) və Əhli-Beyti (ə) ilə məşhur etməsini diləyirik.

Allah-Taaladan mərhumun qohumları, sevənləri və dəyərini bilənlərə səbr və aramlıq istəyirik.

Böyük və uca olan Allahdan başqa heç kimdə güc və qüdrət yoxdur.

27 Məhərrəmul-Həram 1443 hicri-qəməri

Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Sistaninin dəftəxanası

Nəcəful-Əşrəf"

/ Şəfəqna

 

captcha