IQNA

GMİ sədri: Müsəlmanlar düşmənlərə təfriqə salmaq fürsəti verməməlidirlər

23:20 - October 22, 2021
Xəbər sayı: 3491043
"Qurani-Kərim, Peyğəmbər və Əhli-Beytinin həyat tərzi və dünyanın hazırkı şəraiti müsəlmanlar arasında İslami vəhdət məsələsinin hər şeydən öndə olmasını zəruri edir."

GMİ sədri: Müsəlmanlar düşmənlərə təfriqə salmaq fürsəti verməməlidirlərIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  sevimli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) və onun pak Əhli-Beytindən (ə) olan məsum imam Həzrət Cəfər Sadiqin (ə) mövludu günlərində müsəlman dünyasında İran İslam Respublikasının təşəbbüsü ilə "vəhdət həftəsi" mərasimləri keçirilir.

Müsəlman ümmətinin vəhdətinin zəruriliyini nəzərə alaraq bu münasibətlə müxtəlif ölkələrin din alimləri və mütəfəkkirlərinin İslami vəhdət barədə fikirlərini öyrənməyə çalışdıq. Bu hədəflə Gürcüstan Müsəlmanlarının Dini İdarəsinin rəhbəri Şeyx Ramin İgidovla vəhdət mövzusunda söhbət etdik. Həmin müsahibənin mətnini təqdim edirik.

1 - İslami məzhəblər və firqələr arasında vəhdət yaratmaq nə üçün hər şeydən önəmlidir?

İslami məzhəblər arasında vəhdətin önəmli olmasını biz iki cəhətdən düşünürük: Birincisi bundan ibarətdir ki, Qurani-Kərim, İslami mənbələr və məsumlardan (ə) gələn hədislərdə və həmçinin Əhli-Beytin (ə) həyat tərzində vəhdətin önəm və əhəmiyyəti xüsusi diqqət çəkir. Dini qaynaqlar və dini rəhbərlər tərəfindən hər bir müsəlman məzhəbindən asılı olmayaraq vəhədti qorumaga, bu barədə diqqətli olmağa və İslam ümməti arasında vəhdəti və həmrəyli bərpa etməyə dəvət edilir.

Buna görə də ilk öncə hər bir müsəlman Qurani-Kərimin, Həzrət Peyğəmbərimizin (ə) bu barədə tösiyələrinə əməl etməlidir.

İkinci bir cəhətdən, yəni hazırkı şəriat prizmasından da məsələyə yanaşdıqda görərir ki, zəmanə və dövrün tələbələri də vəhdətin çox zəruri və önəmli bir məsələ olduğunu göstərir. İslam ümmətində vəhdət olmadığı üçün müsəlmanlar bu gün dünyaın müxəlif guşələrində pərakəndə və zəif vəziyyətdə yaşayırlar. İmperialist güclər bu pərakəndəlikdən istifadə edərək müsəlmanları çox bala hissələrə parçalayır, yerli dövlətləri hər birini tək-tək təsir və nüfuzadan salır, müsəlman dövlətləri zəiflədir və beynəlxalq ictimaiyyətdə müxtəlif təzyiqlərə məruz qoyurlar. Müsəlman dövlətlərinin zəif olması bir çox ölkələrdə islamofobiyaya gətirib çıxarıb və müsəlmanlara qarşı şiddətli ayrıseçkiliklər həyata keçirilir. Bu qeyd etdiyimiz faktrlar göstərir ki, vəhdət müsəlmanlar üçün çox zəruri, həyati bir məsələdir və çox önəmlidir. Və bu vəhdət müsəlmanların həyatının hər bir sahəsində, o cümlədən dini, ictimai, siyasi, iqtisadi və müdafiə sahələrinə özünü göstərməlidir ki, həmin sahələrdə düşmənlər tərəfindən müsəlmanlar əleyhinə edilən hücumların qarşısı alına bilsin.

2 - İndiki dövrdə müsəlmanlar arasında vəhdət yaratmaq üçün ən əhəmiyyətli komponentlər hansılardır?

İslam dünyasında və müsəlman coğrafiyasında İslami vəhdəti sarsıdan və ya yarana biləcək vəhdətin və həmrəyliyin qarşını alan müxtəlif amillər var. Düşünürəm ki, bu amillərin ən birincisi siyasi səbəblərdir. Müsəlman ölkələrinin rəhbərləri tərəfindən aparılan fərqli siyasətlər, geosiyasi maraqlar və sair səbəb olur ki, müsəlman xalqların vəhdətinə zərbə dəysin.

Digər səbəb kimi milli və irqi təəssüb və ayrıseçkiliyi göstərmək olar.

Məzhəblərarası vəhdətin yaranmaması və bu vəhdəti əngəlliyən amillərdən biri də məzhəblərdən birinin digəri barəsində düzgün və dolğun məlumata malik olmamasıdır. Belə ki məzhəblər bir-biri barədə yanlış təsəvvürə malikdir və buna görə də biri digərinin batil əqidədə olduğunu düşünür və nəticədə bir-birlərini təkfir edirlər.

3 - Müsəlmanlar arasında vəhdətin qorunmasına zərər vuran ən ciddi amilləri və problemləri necə dəyərləndirirsiniz?

Düşünürəm ki, İslam ümmətinin vəhdətinin düşmənləri hər zaman olub, yenə də var. Təbiidir ki, dünyada yaşayan 1 milyard 700 milyon müsəlmanın birliyinin hansı nəticə ilə bitəcəyini düşmən yaxşı bilir. Buna görə də həmişə məzhəbçilik, irqçilik və millətçilik kimi vasitələrlə müsəlmanları parçalamaq istəyir. Bunun üçün geosiyasi məsələləri bəhanə edərək müsəlman dövlətləri arasında nifaq və düşmənçilik toxumları əkirlər. Bunu da daha çox əllərində olan media hegomoniyası vasitəsi ilə həyata keçirirlər.

Buna görə də düşünürəm ki, bütün İslami məzhəblərin din alimləri, dini rəhbərləri bu məsələdə diqqətli olmalıdırlar. Həmçinin sıravi dindarlar və müsəlmanlar da hər danışanı dinləməməli, onların xeyirini istəyən və İslama ürəyi yanan dini liderləri tanımalı və eşitməlidirlər. O dini rəhbərlər ki, əməli və sözü Quranın ayələrinə və Peyğəmbərin (s) sünnəsinə, həyat tərzinə uyğun və müsəlmanların dünya və axirəti üçün faydalıdır.

Müsəlmanlar Quran, Peyğəmbər (s) və Əhli-Beyt (ə) imamlarının həyat tərzini mütaliə etsələr, görəcəklər ki, vəhdətə zidd əməl etmək Qurana və Peyğəmbərin (s) sünnəsinə zidd hərəkət etməkdir.

Müsəlmanların vahid ümmət məfkurəsi üzərində vəhdət etməsi üçün media və informasiyanın rolu və təsiri böyükdür. Hazırkı əsr informasiya mübarizəsi və mədəniyyətlərin sürətli mübadiləsi dövrüdür. Belə bir şəraitdə sosial şəbəkələr və virtual aləmdən vəhdətin gücləndirilməsi üçün geniş istifadə etmək zəruridir, necə ki, İslam ümmətinin vəhdətinin düşmənləri müsəlmanları parçalamaq üçün bundan geniş istifadə edirlər.

Düşünürəm ki, İslam ümmətinin vəhdəti üçün görülən işlər təkcə konfrans keçirmək və müəyyən vaxtlarda bəyanatların verilməsində xülasə olmamalıdır. Hər zaman hansısa müsəlman cəmiyyətində bir problem yaradılırsa, hansısa hadisə törədilirsə, o hadisənin yaranma səbəblərini və fəsadlarını ortadan götürmək üçün bütün müsəlmanlar sürətlə və ciddiyyətlə bir araya gəlməli, birlik və həmrəylik göstərməlidirlər. Məsələn, məzhəblərdən birinin müqəddəs bildiyi bir fenomenə, ibadət ocağına, ziyarətgahına və ya önəmli bir şəxsiyyətinə qarşı hücum edilirsə, digər məzhəblər müdaifəyə keçməlidirlər və hansısa cahilin və ya münafiqin etdiyi hərəkətin müsəlmanlar arasına nifaq salmasına icazə və fürsət verməməlidirlər.    

captcha