IQNA

İraqda aylıq Quran hifzi yarışması

21:47 - December 14, 2021
Xəbər sayı: 3491372
Müqəddəs Abbasi Astanının Qurani-Kərim Tədris Mərkəzinə bağlı Quran hifzi bölməsi İraqda Quran tələbələri üçün aylıq yarış təşkil edir.

"İQNA", "Əl-Kəfil" dünya kanalına istinadən xəbər verir ki, "Fəl-yətənafəsu" adlı bu yarışma, Astan Abbasi Quran Tədris Mərkəzi tərəfindən Quran hifzi sahəsində ən yaxşı Quran tələbələrinin iştirakı ilə təşkil olunur.

Müsabiqə komissiyası Quran və ayənin səhifə nömrəsi, ayələrin əvvəli və sonu, ayələrin ardıcıllığı ilə bağlı iştirakçılara müxtəlif suallar verir.

Bu müsabiqə, Quranı əzbərləmək sahəsində iştirakçıların səviyyəsini və müəllimlərin onlara öyrətmədəki səylərini göstərir.  Məqsəd Quran öyrənənlərin bacarıqlarını artırmaq və onları əzbərləməyə yönləndirməkdir. Həmçinin onları ölkə və yerli yarışlarda iştiraka həvəsləndirməkdir.

4020789

captcha