IQNA

İtaliyada "Qəhrəmanlar heç vaxt ölməz" konfransı keçiriləcək

15:49 - January 01, 2022
Xəbər sayı: 3491486
Sərdar Hacı Qasım Süleymaninin şəhadətinin ikinci ildönümü ilə bağlı İtaliyadakı İran Mədəniyyət Şurası tərəfindən xüsusi virtual iclas keçiriləcək.

"İQNA", xəbər verir ki, "Qəhrəmanlar heç vaxt ölməz" adlı bu vebinar sabah, yanvarın ikisi bazar günü, İtaliya vaxtı ilə saat 19:00-da və Tehran vaxtı ilə saat 21:30-da Facebook və YouTube-da canlı yayımla keçiriləcək.

Bilik Evi Beynəlxalq Araşdırmalar Mərkəzi, Xilaskarı Gözləyənlərin Mədəniyyət Dərnəyi, İrfan Nəşrləri, İslam Mədəniyyəti və Rabitə Təşkilatının Bəsic Müqaviməti və Qazilər İşləri Mərkəzi bu iclasın keçirilməsində əməkdaşlıq edəcək. İclasa Fabio de Mayo sədrlik edəcək.

Vebinarda Müqəddəs Müdafiə Dəyərlərinin Qorunması və Yayılması Təşkilatının rəhbəri Sərdar Əhməd Həqtələb, jurnalist və geosiyasi analitik Marko Gizetti və müxbir Alberto Paladino və İslamologiya üzrə ustad və tədqiqatçı Haniyə Türkian çıxış edəcəklər.

Həmçinin bu münasibətlə İranın İtaliyadakı mədəniyyət müşaviri, Sərdar Süleymaninin övladları tərəfindən oxunmuş vəsiyyətin videosu və 46 fotodan ibarət fotosərgi təşkil edib.

"Qəhrəmanlar heç vaxt ölməz" iclası "https://www.irancultura.it/iranart/in-memoria-di-un-eroe/" linki ilə yayımlanacaq.

4025024

captcha