"İQNA", İmam Əli (ə) kanalına istinadən xəbər verir ki, Həzrət Əlinin (ə) müqəddəs hərəmi ətirli güllər və bayraqlar və yazılarla bəzədilib.
Bu münasibətlə Nəcəf Əşrəfdə Həzrət Əlinin (ə) pak günbəzi üzərində "Ya Seyyidətün-Nisail-Aləmin" bayrağı ucaldılıb.
Həzrət Fatimeyi Zəhranın (s) mövlud günündə İmam Əlinin (ə) hərəmində mədəni və dini proqramlar keçiriləcək.
İslamın əziz Peyğəmbərinin (s) qızı Həzrət Fatimə (s) besətin beşinci ilində Cəmadius-Sani ayının iyirminci günündə dünyaya göz açıb. Kövsər surəsi, Təthir ayəsi, Məvəddət ayəsi, İtam ayəsi və "Bəzə" hədisi kimi ayə və hədislər Həzrət Fatimənin (s) fəzilətində nazil olmuş və nəql edilmişdir.
4030605