IQNA

İki İraqlı qari Beynəlxalq Quran Yarışmasının finalına çıxıb

10:18 - February 01, 2022
Xəbər sayı: 3491666
İraqdan olan iki Quran qarisi İran İslam Cümhuriyyətinin 38-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinin final mərhələsinə yüksəlib.

"İQNA", İraqdan xəbər verir ki, iraqlı yaşlı qari Yəs Fəzl və iraqlı tələbə qari Danyal Kərim Qəzban İran Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsinə yüksəliblər.

İran İslam Cümhuriyyətinin 38-ci Beynəlxalq Quran Müsabiqəsinin Qurani-Kərimin hifzi və qiraəti üzrə iki fənn üzrə ilkin mərhələsi onlayn keçirilib.

Zəhra Əbdül-Cabbar adlı Quran hafizi qadın da Qurani-Kərimi bütünlüklə əzbərləmək sahəsində İraq təmsilçisi kimi Qadınların Beynəlxalq Müsabiqəsində final mərhələsinə yüksəlib.

4032602

Teqlər: İraqlı ، qari ، quran ، yarış ، final
captcha