IQNA

İslam maliyyələşdirməsinin böyüməsi ilə bağlı qorxu və ümidlər

13:58 - February 03, 2022
Xəbər sayı: 3491680
Bütövlükdə, reytinq agentliklərinin fikrincə, 2021-ci ildə neftin qlobal qiymətlərinin artması, geniş şəkildə peyvənd vurulması və Korona xəstəliyinin azalması, İslam maliyyələşdirmə sisteminin qlobal iqtisadiyyatla birlikdə artmasına və tədricən normal vəziyyətə qayıdmasına səbəb olacaq.

"İQNA", xəbər verir ki, 2021-ci ildə İslam maliyyələşdirmə sistemi, Koronanın davam etməsinə və onun bitməsi ilə bağlı şübhələrə baxmayaraq, nisbətən yaxşı bir il keçirb. Bu, 2022-ci il üçün maliyyə hesabatlarını çox perspektivli edib və bir çox ölkədə bu sektorun artımına səbəb olub.

S&P qlobal reytinq agentliyinin məlumatına görə, Covid-19 probleminə və qlobal neft qiymətlərinin düşməsinə baxmayaraq, sektorun aktivləri keçən il 10,6% artıb.

İslami maliyyə xidmətlərinin qeyri-islam ölkələrində qəbul edilməsi də sektorun Koronadan əvvəlki çiçəklənmə dövrünə qayıdacağına dair ümidləri artırıb.

Bütövlükdə, reytinq agentliklərinin fikrincə, 2021-ci ildə neftin qlobal qiymətlərinin artması, geniş şəkildə peyvənd vurulması və Korona xəstəliyinin azalması, İslam maliyyələşdirmə sisteminin qlobal iqtisadiyyatla birlikdə artmasına və tədricən normal vəziyyətə qayıdmasına səbəb olacaq. Yaxın Şərqdəki siyasi gərginliyə baxmayaraq, bu, xüsusilə Yaxın Şərqin neft ixrac edən ölkələri üçün doğrudur.

4031288

Teqlər: İslam ، qorxu ، ümid ، maliyyə ، sektor
captcha