IQNA

15-ci Əl-Kövsər Quran Müsabiqəsinə qeydiyyat başlayıb

11:40 - February 20, 2022
Xəbər sayı: 3491773
Əl-Kövsər Şəbəkəsi mübarək Ramazan ayının yaxınlaşması ilə bu şəbəkənin "Təqvalılar xoşbəxtdirlər" adlı Quran yarışlarının 15-ci buraxılışına qiraət bölməsində qeydiyyatın başladığını elan edib.

"İQNA", "Kosar Şəbəkəsi"-nə istinadən xəbər verir ki, Əl-Kövsər Şəbəkəsinin "Təqvalılar xoşbəxtdirlər" adlı 15-ci Quran müsabiqəsinin qiraət bölməsinə qeydiyyat başlayıb.

Əl-Kövsər Şəbəkəsinin təhsil və dini proqramlar üzrə direktoru Seyid Abbas Rəzəvi bildirib ki, "Təqvalılar xoşbəxtdirlər" Qurani-Kərim müsabiqəsinə qeydiyyat prosesi rəcəb ayının 13-ü Əmirəl-möminin İmam Əlinin (ə) mövlud günündə başlayıb.

Rəzəvi əlavə edib ki, bu Quran yarışmasında qeydiyyat üçün son tarix Şəban ayının on beşində Sahib əz-Zaman İmam Mehdinin (ə) mövlud gününə qədər olacaq.

O, deyib ki, yarışlarda iştirak etmək istəyənlər ad və tələb olunan məlumatları Əl-Kövsər şəbəkəsinin internet səhifəsi və ya Muttəqin proqram səhifəsi (http://mafaza.alkawthartv.ir) və WhatsApp, Facebook və Telegram kimi sosial şəbəkələrdəki nömrə (00989108994025) vasitəsilə daxil edə bilərlər.

4036880

captcha