IQNA

Abbasi Astanı afrikalı tələbələr üçün xüsusi proqramlar keçirib

10:55 - February 24, 2022
Xəbər sayı: 3491798
Abbasi Astanı, Astanın Mədəniyyət İşləri İdarəsinə bağlı Afrika Araşdırmaları Mərkəzi adından Nəcəf Əşrəfdə dini elmlər üzrə təhsil alan bir sıra afrikalı tələbələr üçün xüsusi ziyarət proqramları təşkil edib.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Afrika Araşdırmaları Mərkəzinin direktoru Şeyx Səd Əl-Şəmməri deyib: "Bu mərkəzin Afrika tələbələri üçün proqramları var. Müqəddəs Abbasi Astanının dəstəyi ilə təşkil edilən yeni proqramlardan biri də İraqın müqəddəs hərəmlərinin ziyarəti olub."

O, bildirib ki, bu proqram bir neçə bölmədən ibarət olub. O cümlədən, qrup şəkilində ziyarətlər edilib. Bəzi müqəddəs astanaların məsul şəxsləri və imamzadələrin rəhbərləri ilə görüşülüb. Həmçinin Kumeyl duası oxunub.

O, proqramın afrikalı tələbələr tərəfindən müsbət qarşılandığını bildirib.

4038029

 

captcha