IQNA

Belçikada müsəlman icra orqanı ləğv edilib

10:54 - February 26, 2022
Xəbər sayı: 3491808
Belçika federal hökuməti ölkədə Belçika müsəlmanlarının icra orqanı kimi tanınan İslamın nümayəndəli orqanının tanınmasının ləğvi prosesinin başladığını elan edib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Bu addım bu qurum üçün dövlət subsidiyalarının kəsilməsi və onun təmsilçi rolunun dayandırılması deməkdir.

Belçikanın ədliyyə naziri müsahibəsində deyib ki, Belçika müsəlmanlarının icra qurumunun tanınmasının ləğvi üçün tədbirlər görülüb. Bu qərar təxminən 600 min avroluq subsidiyanın ləğvi və müsəlmanların bu qurumunun təmsilçiliyinin sona çatması demək olacaq. Müşahidəçilər bu addımı Fransa Müsəlman Şurasının ləğv edilməsi kimi qiymətləndirirlər.

Belçika hökuməti ölkədəki bəzi məscidləri Belçika müsəlmanları arasında ekstremizm yaymaqda ittiham edib. Beləliklə, hökumət ötən ilin dekabrında elan etmişdi ki, 2022-ci ildə bu vəziyyət düzələnə qədər dövlət subsidiyaları bu mərkəzlərə ayrılmayacaq.

4038503

Teqlər: belçika ، müsəlman ، İslam ، qurum ، tədbir
captcha