IQNA

İran Beynəlxalq Quran Yarışması Korona dövründə ləğv edilməmiş yeganə müsabiqədir

10:30 - March 06, 2022
Xəbər sayı: 3491865
Vəqf və Xeyriyyə Təşkilatının rəhbəri Quran yarışlarında sağlamlıq protokollarına riayət olunmasına toxunaraq deyib: "İran Beynəlxalq Quran Yarışması Korona dövründə ləğv edilməmiş yeganə müsabiqədir. Lakin digər Quran yarışları bu dövrdə ya bağlanıb, ya da dayandırılmışdı.

"İQNA", xəbər verir ki, İran İslam Cümhuriyyətinin 38-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsi, İslam Dünyası Tələbələrinin 7-ci Müsabiqəsi və İslam Dünyası Korlarının 5-ci Müsabiqəsinin Bağlanış Mərasimi martın 5-i İncəsənət Mərkəzinin Əndişə zalında təhsil naziri Yusif Nuri, mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili və milli və Quran rəsmilərinin iştirakı ilə keçirilib.

Bu mərasimdə Əhməd Nəcəf və Məcid Yarağbafan qiraət ediblər. Həmçinin bu mərasim qiraət sahəsində birinci olan Hadi Müvəhhidinin qiraəti ilə başlayıb.

Ali Məqamlı Rəhbərin nümayəndəsi və Vəqf və Xeyriyyə Təşkilatının rəhbəri Höccətül-islam Seyyid Mehdi Xamuşi iştirakçıları salamlayaraq  Quran yarışlarında sağlamlıq protokollarına riayət olunmasına toxunaraq deyib: "İran Beynəlxalq Quran Yarışması Korona dövründə ləğv edilməmiş yeganə müsabiqədir. Lakin digər Quran yarışları bu dövrdə ya bağlanıb, ya da dayandırılmışdı.

4040494

Teqlər: iran ، beynəlxalq ، quran ، müsabiqə ، korona
captcha