IQNA

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

23:36 - March 27, 2022
Xəbər sayı: 3491974
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 095 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 602, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 279, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 607, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 607 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 405 920, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 321 389, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 818 792, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 039 383, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 226 356 nəfər təşkil edir.

APA

captcha