IQNA

Quran tilavəti dinləyicinin diqqətini qeyb aləminə yönəltməlidir

14:55 - July 17, 2022
Xəbər sayı: 3492563
Qurani-Kərim məlahətli səslə oxunmalıdır. Amma gözəl səslə oxumaqdan məqsəd insanların diqqətini qeyb aləminə yönəltməkdir. Məqsəd o deyil ki, biz yalnız səs və oxuma texnikasında zahiri gözəlliyi nəzərdə tuturuq.

"İQNA", xəbər verir ki, Tehrandakı Mərvi hövzəsinin müdiri Ayətullah Məhəmməd Baqir Təhriri Quranı hüznlə qiraət etmək barədə deyib:

Quran qarisinin qiraətinin təsirli olması üçün din böyükləri müxtəlif həll yolları təklif ediblər. Yaxşı olar ki, insan Quranı ilahi göstəriş olduğu üçün oxusun. "Siz Qurandan müyəssər olanı oxuyun" )Muzzəmmil, 20). Çünki Quran oxumağın özü digər təkamül hərəkətləri üçün zəmin yaradır. Nəticə etibarı ilə Quran məfhumları ilə tanış olmaq və Quran təlimlərinin onun həyatında yer alması məqsəddir. Bu mərhələlərdən sonra o, əldə etdiyi anlayışlara əməl etməli və bu sahədə cəhd etməlidir.

İmam Əli (ə) buyurur: "Allahın kitabını öyrənin. Çünki o, ən gözəl danışıq və ən bəlağətli moizədir. Onda fəqih olmağa çalışın. Çünki Quran qəlblərin baharıdır və bahar da qəlbləri dirildir. Bahar gələndə xəzan yox olur. İnsan Qurana müraciət edib onunla tanış olmamışdan əvvəl tənəzzül və durğunluqdan əziyyət çəkir. İndiki terminlə desək, depressiyadadır. İnsanı canlı və təravətli edən Qurandır.

Quran oxumaq ruhu qeybi maarifə doğru aparan bir yoldur

Deyir ki, şəfanı Quranda taparsan. Amma yaxşı qiraət edin. Bu qiraət bizdə inqilab yaratmaq üçün bir yoldur. Nəticədə qiraətin özü hədəf deyil. Həqiqətdə, bu, insanın qeybi maarifi anlamaq və ona tərəf sövq tapmaq üçün bir yoldur. Çünki nə qədər ki, bu dünyadayıq və əlaqələrimiz var, qəflətə düşürük.

Qurani-Kərim məlahətli səslə oxunmalıdır. Amma gözəl səslə oxumaqdan məqsəd insanların diqqətini qeyb aləminə yönəltməkdir. Məqsəd o deyil ki, biz yalnız səs və oxuma texnikasında zahiri gözəlliyi nəzərdə tuturuq.

Təbii ki, bu da yaxşıdır. Lakin bəzən görünür ki, bəzi ilahi övliyalar Quranı sadə formada və tərtillə oxuyanda ruhda elə təəssürat yaradır ki, bu səs həmin məzmun üçün ən yaxşı səsdir.

Qiraətdə zahiri duyğular mənəvi duyğulara çevrilməlidir

Quranın qiraət məclislərində bəzən şahidi olduğumuz həyəcan daxili həyəcan yaratmalıdır. Dinləyici və oxuyan öz içindəki mənəviyyatı və hüzn halını dərk etməlidir. Hədislərdə də Quranı hüznlə oxumağımız tövsiyə edilmişdir. Kədərin xüsusiyyəti odur ki, insanı düşündürür.

Allahın Rəsulu (s) buyurur: "Quran hüznlə nazil olub". Bu o deməkdir ki, Quranın nazil olması dəyişmək üçündür ki, biz özümüzü və Allahın bizim üçün qərar verdiyi yeri dərk edək. Bu hüzn, insanın bütün günü işlədiyi, amma işinin nəticəsinin nə olduğunu bilmədiyi bir vəziyyətə bənzəyir. Bu narahatlığın nəticəsində hüzn yaranır. Həqiqi hüzn əslində insanın düşünmək və varlığının yolunun hara getdiyini görmək üçün bir narahatlıqdır. Quran onun hara getdiyindən xəbər verir.

3667781

 

captcha