"İQNA", "Hesperus"-a istinadən xəbər verir ki, mərakeşlilərin Qurani-Kərimi oxuyanları və hafizlərini şərəfləndirmək üçün keçirilən "Sultanut-Təlbə" adlı məşhur və qədimi ənənəsi var.
Bu ənənənin əsası ilk dəfə Mərakeşin ən qədim paytaxtı Fez şəhərində o zamankı kral Sultan Mövlay Rəşid tərəfindən qoyulmuşdur. Elə bir şəkildə ki, Quranın ən yaxşı qarisi və hafizi seçilir və o, bir həftə padşahlıq edir.
Onu ata mindirirlər. Başqa tələbələr və Quran öyrənənlər onu dövrəyə alırlar. Onlar şəhərdə və ya kənddə gəzirlər ki, camaat onu görüb tərifləsin.
Mərakeşin "Sous" məntəqəsinin "Taroudant" bölgəsindəki "Doturiert" kəndi də Quranı əzbərləyən tələbələrin şərəfinə təşkil edilən analoji bayram mərasiminə şahidlik edib.
4072090