IQNA

Tövbə insanların ümidlvar olmasının bir yoludur

22:35 - September 13, 2022
Xəbər sayı: 3492919
Bu dünyada ilahi qüvvələrlə yanaşı, şər qüvvələr də olduğu üçün insan xəta və günaha düçar ola bilər. Lakin insanın getdiyi yanlış yoldan geriyə dönüş yolu var. Allah öz azğın bəndələrini belə, tərk etmir.

Tövbə” günahdan qayıtmaq deməkdir. Lakin Quranda və dini təlimlərdə dəfələrlə Allaha aid edilmişdir. "Allah tövbələri qəbul edəndir, rəhmlidir?!" (Tövbə, 104). Bu halda rəhmətə qayıtmaq deməkdir. İnsan etdiyi səhvdən peşman olub, Allahın bəndəliyinə qayıtdıqda, Allah da Öz rəhmətini ona qaytarır. Bu səbəbdən də Allahın adlarından biri “Təvvab”dır ki, bu da “çox qayıdan” deməkdir.

Tövbə insanın Allaha qayıdış yoludur və bu yol həmişə insanın üzünə açıqdır. İnsan çoxlu səhvlər etsə də, bu yola qayıda bilər. Amma tövbəsi həqiqi olmalıdır. Həqiqi tövbənin mərhələləri və şərtləri vardır ki, bunlar arasında aşağıdakıları qeyd etmək olar: günahı tərk etmək istəyi, günaha görə peşmanlıq hissi, bir daha günahı etməmək qərarı və edilən günahın əvəzini çıxmaq. Bu halda insan həqiqi tövbə edə bilər. Quranda olduğu kimi, möminlərdən belə tövbə etmələri istənilir: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!" (Təhrim, 8).

Bütün ilahi peyğəmbərlərə hidayət etmək vəzifəsi verildikdə ilk əməllərindən biri də tövbəyə çağırmaq olmuşdur. Çünki tövbə etmədən və günahlardan çəkinmədən tövhid və əxlaqi sifətlərə dəvətin yeri yoxdur. Həzrət Hud (ə) peyğəmbərliyə yetişdikdə qövmünə xitab edərək dedi: "Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin" (Hud, 52).

Şüeyb (ə) də eyni məntiqlə qövmünü çağırıb dedi: “Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin, çünki mənim Rəbbim Rəhmlidir və Sevəndir.” (Hud, 90(.

“Tövbə” müəyyən bir günah və ya günahlara xas deyil. Müəyyən şəxs və şəxsləriə və müəyyən bir yaşa aid deyil. Tövbə bütün günahlardan qayıtmaqdır. Bu, peşmanlığı ifadə etmək və Allahdan səhvlərin bağışlanmasını və Onun bəndəliyini qəbul etməyin yoludur. Tövbə insanların qəlbində ümidi yaşatmaq və geri qayıtmaq üçün bir fürsətdir. İnsanlara belə bir fürsət verən Allah onlara mütləq xüsusi diqqət yetirir.

captcha