IQNA

Samirrada İmam Həsən Əskərinin (ə) zəvvarlarının əzadarlığı

14:25 - October 06, 2022
Xəbər sayı: 3493032
İraqın daxilindən və xaricdən gələn milyonlarla zəvvar 11-ci şiə imamının şəhadətinin ildönümü münasibəti ilə Samirrada İmam Əskəriynin (ə) hərəmində əzadarlıq edib.

"İQNA", "Əl-Fərat News"-a istinadən xəbər verir ki, Rəbiül-Əvvəl ayının 8-də İmam Həsən Əskərinin (ə) şəhadət ildönümünü qeyd etmək üçün son günlər Samirraya çatan İraqın daxilindən və xaricindən milyonlarla zəvvar hərəmin həyətlərində əzadarlıq ediblər.

11-ci İmamın (ə) şəhadəti üçün əzadarlıq mərasimi onun hərəmində keçirildi, bu müqəddəs məkan insanlarla doldu, mərsiyə və sinə vurma mərasimi saatlarla davam etdi.

Əzadarlıq dəstələri səhər saatlarından ziyarətgaha gedərək əzadarlıq ediblər.

4089901

captcha