IQNA

Ekstremist hindular tarixi Qutb Şahi məscidinə hücum edib

9:40 - October 19, 2022
Xəbər sayı: 3493107
Ekstremist hindular tarixi Qütb Şahi məscidinə hücum edərək öz dini mərasimlərini bu məsciddə keçiriblər.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Sosial media fəalları Hindistanın cənubundakı Telanqana əyalətinin Heydərabad şəhəri yaxınlığındakı tarixi Qutb Şahi məscidinə bir qrup hindu ekstremistinin hücumunu əks etdirən videolar yayıblar.

Hindistanın “Siyasət” qəzetinin yazdığına görə, bu videolarda bir qrup ekstremistin məscidin ətrafındakı hasarın bir hissəsini dağıdıb, sonra isə ona hücum etməsi əks olunub. Onlar öz dini mərasimlərini orada yerinə yetirirlər. Yayılan videolardan birində bir qrup müsəlman arasında məscidin yaxınlığında polisin olması görünüb.

Fəallar və bloggerlər hadisəni pisləyib və polisi Hindistanın tarixi İslam abidələrindən biri olan Qutb Şahi məscidinə hücum edənlərlə əlbir olmaqda ittiham ediblər.

4092809

captcha