IQNA

“İnanc Prinsipləri” dinə olan mərifət ehtiyaclarına cavab verir

22:36 - November 13, 2022
Xəbər sayı: 3493257
İnanc prinsipləri insanın dinə olan ehtiyacını ifadə edən biliklər toplusudur.

 

“İnancların əsasları” insanların dinə ehtiyacı olub-olmaması sualı ilə başlayır. Hər bir insanın üç növ ehtiyacı vardır: (1) Yemək, geyim, mənzil və həyat yoldaşı kimi şəxsi ehtiyaclar. (2) Cəmiyyətdə yaşamaq üçün ehtiyaclı olduqları qanun, qaydalar və rəhbər kimi  sosial ehtiyaclar. (3) İnsanın biliyə olan ehtiyacını özündə cəmləşdirən ali ehtiyac. İnsanın özü və dünya haqqında çoxlu sualları var və çox şeyi tanımaq və bilmək istəyir. Məsələn, varlığı və onun mənşəyini tanımaq, varlığın məqsədini və onun təyinatını və sonunu bilmək, həyat tərzini tanımaq və doğru ilə batili tanımaq hər bir insanın ehtiyac və istəklərindəndir.

İnsan ehtiyaclarının növləri arasında din onun ən ali ehtiyaclarının cavabını verəndir. İnsanlar ali ehtiyaclarını ödəmək üçün dinə ehtiyac duyurlar. Din yuxarıdakı suallara cavab verir. Din bu topluda varlığın mənbəyinin harada olduğunu, varlığın yaradıcısının kim olduğunu, varlığın məqsədinin nə olduğunu, həqiqəti bilmək meyarının nədən ibarət olduğunu və üzərimizə düşən vəzifənin nə olduğunu izah edir.

Biz insanlar öz rifahımız və inkişafımız üçün bir plana ehtiyac duyuruq. Ehtiyac duyduğumuz planı üç yolla əldə edə bilərik. Başqa sözlə, qarşımızda üç yol var:

 1) Özümüzün hazırladığımız yol ki, xatircəmlik verən bir yol deyil. Çünki insanın məlumatı və biliyi çox məhduddur. Həyatımızda çoxlu peşmanlıqların olması tutduğumuz yolun səhv olduğuna sübutdur. Bizim bir çox qavrayış və mühakimələrimiz sonradan yanlış çıxır.

2) İkinci yol da birinci yol kimi əminlik vermir. Çünki mənim bilik və düşüncəmdə olan eyni xəta və məhdudiyyət başqalarının nəzəriyyəsində də var. Mən nəfsani istəklərimin toruna düşdüyüm kimi, başqaları da bu tələyə düşürlər.

Dinin yolu Yaradanın bizim üçün yaratdığı yoldur. Açıq-aydın görünür ki, hər hansı bir məhsulun istehsalçısı onun xüsusiyyətlərini və ehtiyaclarını hamıdan daha yaxşı bilir. Hər kəsdən daha yaxşı şəkildə onu necə istifadə etmək və ya saxlamaqla əlaqədar nizam-intizamı müəyyənləşdirib elan edə bilər.

İnsan varlığı insan tərəfindən yaradılmış məhsuldan daha azdır?! Bizim yolumuzu və həyatımızın nizam və qaydalarını da yaradanımız, yəni böyük Allah bəyan etməlidir. Çünki o, bəndələrinə qarşı hamıdan xəbərdar və mehribandır.

Din yolunu seçmək tamamilə rasional hərəkətdir. Çünki müdrik insan təhlükə ehtimalını həmişə xüsusən də əhəmiyyətli olduğunda ciddi qəbul edir.

Səfərə çıxan bir qrupda o şəxs ağıl əsasında addım atır ki, səyahət zamanı və təhlükə zamanı özü ilə bir şeylər götürür. Qaranlıq ehtimalı üçün fənər və silahlı quldurların hücumu ehtimalı üçün bir çomaq götürür.

Ağıllı insan həmişə səfərin mümkün nəticələri haqqında düşünür. Amma digər tərəfdən ağılından istifadə etməyən şəxslər lazım olan avadanlıqlardan heç birini özləri ilə götürmürlər. Səyahət zamanı heç bir problem yaranmazsa və təhlükə yaşanmazsa, bu cür alətləri özləri ilə aparanlar heç bir zərər görməmişlər. Əksinə, onlar səyahət zamanı dinclik və təhlükəsizlik hissindən həzz alıblar. Lakin bu alətlərə ehtiyacları olarsa, yanında alətləri olmayanlar nə etməlidirlər? Bu dünyada dini seçib onun göstərişlərinə əməl edənlərlə, dini tərk edib dini adət-ənənələrə əməl etməyənlər üçün də eyni şey olur.

Müdrik insan peyğəmbərlərin, sədaqətli və saleh bəndələrin sözünə görə qarşısında təhlükəli bir yol görür. Çünki ona deyilmişdir: Bir gün gələcək ki, əməllərinə görə cavab verəcək. Yaxşı işlərinin savabını görəcək. Pis əməllərinin cəzasını alacaqdır.

Əgər bu vədlər doğru olmasa, bu dünyada dindar olan insan heç bir zərər görməmiş, dinsizlər qədər vaxtını dəyərsiz şeylərə sərf etmişdir. Amma əgər qiyamət olarsa, - bu bir çox dəlillərə görə mövcuddur - o zaman dinsizlər nə edəcəklər!? İstənilən halda, dindarlar qalib, qeyri-dindarlar isə təhlükə və zərərdədirlər.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İnancların Əsasları (Tövhid)" kitabından götürülmüşdür.
captcha