IQNA

Qadın müalicə üçün kişi həkimə müraciət etməsinə İslam necə baxır?

20:32 - November 21, 2022
Xəbər sayı: 3493298
Qadın müalicə üçün kişi həkimə müraciət edə bilməsinə İslam necə baxır? Ümumiyyətlə qadın müalicə üçün kişi həkimə müraciət edə bilərmi?

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) olaraq Az.shafaqna.com-a istinadən bu mövzuda böyük mərcə, Ayətullah Əl Üzma Sistaniyə verilən sual və cavabı təqdim edirik:

Sual: Qadın müalicə üçün kişi həkimə müraciət edə bilərmi?
 
Cavab: Əgər qadın xəstəliyini müalicə etmək üçün kişi həkimin yanına getməyə məcbur olsa və kişi həkim ixtisas baxımından daha yaxşıdırsa və yaxud daha diqqətlə xəstəni müayinə və müalicə edirsə, bu halda kişi həkimin yanına getməyin eybi yoxdur. Həmçinin qadının bədəninə baxmadan ya da əl vurmadan onu müalicə etmək mümkün deyilsə, baxmaq və əl vurmaq icazəlidir. Əgər onlardan (baxmaq və əl vurmaq) biri ilə kifayətlənmək mümkün olsa, ikincisi icazəli deyil.
captcha