"İQNA"-nın məlumatına görə, Mustafa Müslim Məhəmməd (1940-2021) Quranın təfsiri sahəsində tanınmış Suriya alimlərindən biridir. O, Əl-Əzhər Universitetində doktorluq dərəcəsi alıb. Quran elmləri üzrə mütəxəssis, təfsir üzrə mütəxəssis ustaddır. O, “Qurani-Kərimin tematik təfsiri ensiklopediyası”na da rəhbərlik edib. Həmçinin Türkiyənin cənubundakı "Qaziantəp" şəhərində Korona epidemiyası zamanı bu virusa yoluxaraq 81 yaşında 17 aprel 2021-ci ildə vəfat edənə qədər son iyirmi ildə bir çox kitab nəşr etdi.
Mustafa Müslim Suriyanın böyük alimlərindən idi; Ömrünü gənclərə öyrətmək, onları doğru yola yönəltmək, tərbiyə etməklə keçirmiş din və təhsil adamı idi.
İraq Kürdüstanında baş verən Hələbcə faciəsindən sonra (16 mart 1988-ci ildə Səddam Hüseyn tərəfindən Hələbcənin kimyəvi bombalanması) elmi və mədəni fəaliyyətə üz tutdu və buna görə də “Kürdüstan Alimlər Dərnəyi”ni təsis etdi.
Doğum və təhsil
Şeyx Mustafa Müslim 1940-cı ildə Hələb yaxınlığındakı Əynəl-Ərəb şəhərində anadan olub. O, dini elmlər üzrə təhsilini davam etdirdi. 1965-ci ildə Dəməşq Universitetinin şəriət fakültəsində şəriət sahəsində bakalavr dərəcəsini aldı. 1969-cu ildə isə Əl-Əzhər Universitetinin dinin əsasları fakültəsinin təfsir və Quran elmləri sahəsində magistr dərəcəsini tamamlamağa müvəffəq olmuşdur. 1974-cü ildə həmin universitetdə doktorluq dərəcəsini də almışdır.
Mustafa Müslim 9 il Səudiyyə Ərəbistanında müəllim kimi dərs deyib. O, Birləşmiş Ərəb Əmirliklərinin Şarcə Universitetində də dərs deyib və eyni zamanda bu universitetin bəzi kafedralarının müdiri olub.
Əsər və tədqiqatlar
Mustafa Müslim bir çox magistr və doktorluq dissertasiyalarına elmi rəhbər və rəyçi ustad olmuşdur. Bir çox hallarda məsləhətçi və elmi ekspert kimi fəaliyyət göstərmişdir. İslam konfrans və konvensiyalarında iştirak etmişdir. Dini təbliğçilər üçün təlim kurslarına rəhbərlik etmişdir. Bundan əlavə, təfsir və Quran elmləri sahəsində bir çox kurslar keçib.
Həmçinin Qurani-Kərimin mövzularını araşdıran ilk elmi ensiklopediya olan “Qurani-Kərimin tematik təfsiri ensiklopediyası”nın hazırlanmasına rəhbərlik etmişdir. O, İraq Kürdüstanında şəriət fakültəsini yaradıb və Türkiyənin Qaziəntəp şəhərində "Əz-Zəhra" Universitetinin yaradılması ilə elmi fəaliyyətinin zirvəsinə çatıb.
Mustafa Müslimin 90-a yaxın elmi əsəri, o cümlədən kitabları, araşdırmaları və məqalələri var. O, son iyirmi ildə çoxlu kitablar nəşr etdirib. Əsərlərindən bəziləri bunlardır: “Məbahisun fi icazil-Quran” (Quran möcüzələri haqqında mövzular), "Məbahisun fi təfsiril-mövzui" (Quranın tematik təfsiri haqqında müzakirələr), "İcazul-Quranil-Kərim fi əsril-Hasub" (kompüter əsrində Quran möcüzələri), Mənahicul-Mufəssirin (təfsirçilərin üsulu), "Tərbiyətuül-Üsrətil-müsliməti fi zui surətit-Təhrim" (Təhrim surəsi nöqteyi-nəzərindən ailə tərbiyəsi), "Ət-Təfsirul-müyəssər lil-Quranil-Kərim üçün Təfsirül-Maisar (Quranın mümkün olan təfsiri / 19-cu cüz).