Buğda çörəyə çevrilmək, insan varlığının qidasına çevrilmək üçün çətin mərhələlərdən keçməlidir. Əgər bu buğdaya şikayət etməyə icazə verilsə, hakimin yanına gedib biz insanlardan bir çox hallarda şikayət edər:
1_ Torpaq anamın yanında idim, insan məni orağla biçdi və ondan ayırdı.
2_Qol-qanadımı sındırıb məni dincəldiyim evdən çıxartdı.
3_ Dəyirman daşının ağır daşı altında məni əzdi və un etdi.
4_ Məni su və maya ilə qarışdırıb, yumruğu yoğurdu vəxəmir etdi.
5_ Çörəkçi dəfələrlə başıma vurdu və təndirə yapdı və arxamı və üzümü yandırdı.
6_ Sonda, insanlar məni dişlərinin altında əzdilər.
Bəli, buğda insanlara güc və qida olmaq üçün çətin mərhələlərdən keçir. Aydındır ki, yerin müxtəlif materialları insan bədəninin bir hissəsi və onun hüceyrələrindən biri olmaq istəyirlərsə, bu mərhələləri keçməlidirlər. Həmin maddələrin cism mərtəbəsindən ruh mərtəbəsinə keçməsi üçün zəruri olan mərhələlərdir.
Buna görə də qəbul etməliyik ki, bizim və bütün məxluqların böyümə və inkişaf yolu çətinlik və məşəqqətlərdən keçir.