IQNA

Quran surələri / 91

Şəms surəsində Allah on bir and içib

10:28 - July 05, 2023
Xəbər sayı: 3494420
TEHRAN (IQNA) – And içmək mühüm bir məsələ bəyan olunan zaman baş verir; Allah Quranın surələrinin birində bir-birinin ardınca on bir and içmiş və ondan sonra çox mühüm bir məsələ bəyan etmişdir.

Qurani-Kərimin doxsan birinci surəsi “Şəms” adlanır. 15 ayədən ibarət bu surə Quranın 30-cu cüzündə yer alıb. Məkkə surələrindən biri olan “Şəms” İslam Peyğəmbərinə (s) nazil olan iyirmi altıncı surədir.

“Şəms” sözü Quranda 34 dəfə keçir; O cümlədən, bu surənin əvvəlində Allah ona and içmişdir. Bu səbəbdən bu surə “Şəms” adlanır.

Bu surənin əvvəlində Allah on bir and içmişdir ki, bu da bir surədə ən çox içilən and sayılır. Bu andlar ilk yeddi ayədə gəlir. Onlar bunlardır: "Günəş", "günəşin parıltısı", "günəşdən sonra gələn ay", "aydınlaşan gün", "örtən gecə", "səma", "səmanı ucaldan", "yer", "onu genişləndirən", "nəfs" və "onu yaradan".

Bir-birinin ardınca gələn bu andların səbəbi odur ki, burada göylər yer, günəş və ay qədər mühüm bir məsələ bəyan olacaq. Quranın andları ilə bağlı bildirilmişdir ki, bu andların iki məqsədi vardır: Birincisi, anddan sonra bəyan olan məsələnin əhəmiyyətini göstərmək, ikincisi, and içilən işlərin əhəmiyyətini göstərmək.

Şəms surəsində nəfsin paklığına diqqət çəkilir. Nəfsin paklığını nicat vasitəsi, onun pak olmamasını isə ümidsizliyə səbəb hesab edir. Bu surənin ayələri xatırladır ki, insan batini və ilahi elminə əsaslanaraq yaxşı işi çirkin işdən ayırır. Əgər qalib gəlmək istəyirsə, batinini pak edib, xeyirxah işlər görərək inkişaqf etdirməlidir. Məsələn, o, Səmud qövmünün öz peyğəmbəri Həzrət Salehə (ə) etinasızlıq göstərdiyi və bir dəvəni öldürdüyünə görə şiddətli əzaba düçar olduğunu və ilahi möcüzə olan bir hadisəni xatırladır.

Rəvayətdə qeyd olunur ki, İmam Sadiqdən (ə) bu surə haqqında soruşduqda o, buyurdu: “Günəş elə Peyğəmbərdir (s) ki, Allah onun vücudunda insanların dinini nazil etmişdir. Ay isə İmam Əlidir (ə. ), Əmirəl-möminin ki, Peyğəmbərin (s) elmindən bəhrələnib. Gecələr zalım padşahlar və rəhbərlərdir. Gündüzlər isə din yolunu nurlandıran rəhbərlərdir.

captcha