IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 13

Allahın Özünə vacib etdiyi şey

12:01 - July 06, 2023
Xəbər sayı: 3494423
TEHRAN (IQNA) – Allahın insanlara ən böyük mərhəməti onları yarı yolda qoymaması və məhvə göndərməməsidir. Həqiqətdə, hamını sonsuz bir salona toplamasıdır. Çünki Allah rəhməti Özünə vacib etmişdir.

"De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O Özü-Özünə rəhmli olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O müəyyən etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!" (Ənam, 12(.

Bu ayədə deyilir ki, Allah rəhmət və bərəkəti özünə vacib etmişdir. Başqa sözlə desək, rəhmət kəlməsini Öz nəfsinə yazmışdır və Onun zatı dünyadakı bütün varlıqların əsası və varlığı olduğu üçün rəhməti də hər yerdə mövcuddur. Lakin Allahın ən mühüm mərhəməti insanların dünyada axtardıqları nemətlər və sədəqələr deyil.

Əlbəttə ki, zahiri və batini göz, qulaq, ağıl, gözəllik neməti hər kəs üçün əzizdir. Lakin Allahın insanlara olan ən böyük mərhəməti onları yarı yolda qoymaması və məhvə göndərməməsidir. Amma daha doğrusu, axirət dünyasında hər kəsi sonsuz genişlikdə bir salonda toplayır.

Bu Allahın vədidir ki, qəlbləri sevindirir, min yaxşılığa doğru aparır. Bu rəhmət olmasa bütün digər mərhəmətlər öz dəyərini itirər. Çünki zamanın keçməsi onları məhv edər və iman gətirməyən insanlar necə də bədbəxtdirlər. Belə bir günün mövcudluğunda, dünya və axirətdə inkişaf, səadət və firavanlıq mənbəyi olan bu müjdənin bərəkətindən özlərini məhrum edərlər.

Bu ayədən başa düşülən məqam budur ki, insanlar da Rəbbi kimi özlərinə rəhmət və nemətlər təyin edə bilərlər. Bu o deməkdir ki, onlar yaşasınlar, bağışlasınlar, xidmət etsinlər, nəinki müqəddəs adı adət kimi dillərində əzbər edib öz nəfsani həvəslərinə qapılsınlar. bismillahın mənasının həqiqəti deyənin zatında mərhəmət və sevginin təcəllisidir.

Kimsə işinin əvvəlində Rəhman Rəbbinin adını zikr edib yad edərsə, işini rəhmət və bərəkət mənbəyinə çevirməyə çalışır. Əgər danışırsa, elm və təbliğat mənbəyi olsun, kitab yazırsa, xalqın inkişafı və rifahı üçün olsun. Hər hansı bir peşə ilə məşğul olursa, qəlbində xalqın işində rahatlıq yaratmaq olsun.

* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

4113319

captcha