IQNA

Küveyt Quran yarışmaları və 25 illik vəhy kəlamına xidmət

10:05 - August 17, 2023
Xəbər sayı: 3494610
ƏL-KÜVEYT (IQNA) - Küveytdə keçirilən 26-cı Böyük Quran Müsabiqəsinin rəsmiləri bu il bu yarışların yeni mərhələsinin keçirilməsini vurğulayıblar. Bu müsabiqənin uğuru onun son 25 il ərzində davamlı olaraq keçirilməsi ilə bağlıdır. Biz 25 ildə Qurani-Kərimə xidmət etmək şərəfinə nail olmuşuq.

"İQNA", "Ər-Rəy"-ə istinadən xəbər verir ki, Küveytin Vəqf təşkilatının baş katibi vəzifəsini icra edən Hənnan Əli 2023-cü ildə bu ölkənin 26-cı Böyük Quran Hifzi və Qiraəti Müsabiqəsinin başlandığını elan edib.

Bu münasibətlə keçirilən mətbuat konfransında çıxış edən Hənnan Əli deyib: "Bu yarışma “Məknun” adlanır. Uca Allahın "Vaqiə" surəsinin 77-79-cu ayələrindəki “Qurani-Məknun (qorunan kitab) kəlamından ilhamlanır.

O, vurğuladı: "Bu təşkilat Quran Vəqfi Fondu və Quran Elmlərinin dəstəyi ilə müxtəlif yaş və hifz və qiraət sahələrindən olan təmsilçilərin iştirakı ilə hər il bu böyük Quran yarışlarını keçirməkdən qürur duyur. Bu fond Quran fəaliyyətlərini dəstəkləmək sahəsində ən görkəmli vəqf xeyriyyə fondlarından biridir".

O, sözünə belə davam etdi: "Hər il bu yarışmalarda iştirak edənlərin sayı artır. Bu da Rəbbimizin kitabını əbədi olaraq qoruyub saxlamaq möcüzəsini göstərir. Onun sözlərinə görə, müsabiqənin final mərhələsi oktyabrın 29-da Küveytin Böyük Məscidində (Əl-Kəbir) keçiriləcək".

4162825

captcha