IQNA

Tunisdə xristianlar və müsəlmanlar arasında həmrəylik bəyannaməsi

11:14 - August 17, 2023
Xəbər sayı: 3494614
TUNİS (IQNA) - Yüzlərlə Tunisli Katolik Xristian, bu ölkənin çoxlu sayda müsəlmanı ilə birlikdə yürüş keçirərək, birgə yaşayışa təkid ediblər.

"İQNA", "daily sabah"-a istinadən xəbər verir ki, Tunisdə miqrant məsələsi ilə bağlı gərginlik yarandıqdan sonra çoxlu sayda Tunis müsəlmanı ilə birlikdə çoxu qaradərili afrikalı yüzlərlə katolik birgə yaşayışa dəstəklərini nümayiş etdirmək üçün yürüş təşkil etdilər.

Tunis prezidenti Qeys Səidin fevral ayında qeyri-qanuni mühacirətlə bağlı çıxışından sonra Tunisdə yaşayan yüzlərlə afrikalı miqrant işini və evlərini itirdi, hücumlar baş verdi və minlərlə insan öz ölkələrinə qaytarıldı.

İyulun əvvəlində daha yüzlərlə insan Sfaks şəhərindən deportasiya edilib və Tunis təhlükəsizlik qüvvələri onları Liviya ilə həmsərhəd səhra ərazisinə köçürüb. Bu miqrantlardan ən azı 27-si ölüb, 73-ü isə yoxa çıxıb.

Bununla əlaqədar olaraq, Human Rights Watch qeyri-hökumət təşkilatı Tunis təhlükəsizlik qüvvələrinin qaradərili afrikalı mühacirlərə qarşı “ciddi sui-istifadələri” barədə məlumat verib.

O, Avropa İttifaqından bu ölkəyə qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə maliyyə imkanlarının verilməsində dəstəyi dayandırmağı istəyib.

4163045

captcha