IQNA

İslam kişilərin qadınlar üzərində hakimiyyətini məzəmmət edir

10:34 - October 27, 2023
Xəbər sayı: 3494918
TEHRAN (IQNA) – Peyğəmbərin (s) dövründə qadınların cəmiyyətdə heç bir məqamı yox idi. Amma elə bir yerə çatdı ki, Peyğəmbər (s) qızının əlini öpürdü. Bu, insana olan hörmət və ehtiramın ən yüksək dərəcəsidir.

Müasir dövrdə qadınlara qarşı çox pis rəftarlar edildiyini görürük. Ona görə də müasirliyin qadınları azad etdiyini söyləmək olmaz. Qərbdə qadınlardan alət kimi istifadə olunub və Monteskyenin “Qanunların Ruhu” kimi mühüm kitablarda qadın hüquqlarından bəhs olunmadığını görə bilərik. Hətta bəzən qadınlara qarşı sərt şərhlər də olur. Son yüz ildə İslam ölkələrində qadın hüquqlarını müdafiə edən hərəkatlar formalaşıb və nüfuz edib.

Kitab əhlinin təhrif olunmuş müqəddəs kitablarında qadınlara qarşı rəhmsizlik görürük; Digər məsələlərlə yanaşı, Həzrət Həvvanın Həzrət Adəmi yoldan çıxardığı deyilmiş, lakin Quran bu məsələni batil hesab etmiş və Həzrət Adəmin (ə) vəsvəsəsinə səbəb olanın şeytan olduğunu bildirmişdir. Allah Quranda Adəm və Həvvanın mənəvi məqamını qeyd etmişdir. Hətta məsumluq məqamını Həvvaya aid etmişdir. Həzrət Məryəm (s) haqqında da belə deyilmişdir: “(Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur” (Ali-İmran, 42).

Peyğəmbərin (s) dövründə qadınların cəmiyyətdə heç bir məqamı yox idi. Amma elə bir yerə çatdı ki, Peyğəmbər (s) qızının əlini öpürdü. Bu, insana olan hörmət və ehtiramın ən yüksək dərəcəsidir. İmam Əli (ə) da Həzrət Fatimənin (s) yanında özünü aramlıqda hiss edir və deyir ki, bir dəfə də olsun, o, məni incitməyib və mənə itaətsizlik göstərməyib. Həzrət Əli (ə) İslam aləminin görkəmli şəxsiyyəti idi, lakin həmin şəxs deyirdi ki, mən Fatimənin (ə) üzünə baxanda bütün kədərlərim yox olur.

Uca Allah Qurani-Kərimdə buyurur: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (Rum, 21). Bu cür təbirlər göstərir ki, cəmiyyətdə qadınlara qarşı baş verən hadisələrə diqqətli olmalı və onlardan alət kimi istifadə edilməsinə imkan verməməliyik. Əgər qərb ölkələrinə nəzər salsanız, görərsiniz ki, bir çox mağazalarda onlardan alət kimi istifadə olunur. Dəfələrlə qadın hüquqlarını müdafiə şüarları səsləndirən feminizm hərəkatı qadınları üstünlüyə aparmayıb.

Cəmiyyətdə ilahi din olmasa belə, sosial olan insan bizdən qadının ləyaqətini qorumağı, azadlığın və vulqarlığın sərhəddini müəyyən etməyi tələb edir. Həzrət Peyğəmbər (s) insanı ilahi yola salmış və insanı zəncirlərdən azad etməyə çalışmışdır.

* Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Rəməzaninin sözlərindən bir parça.

4113357

captcha