"İQNA", xəbər verir ki, yarışmanın 4-cü günündə Qurani-Kərimin 12 qarisi, tərtil və hifz üzrə həm məktəbli, həm də böyüklər kateqoriyasında yarışıb. Bundan sonra təhqiq qiraəti və Qurani-Kərimin bütövlükdə əzbərlənməsi üzrə finalçılar müəyyənləşib. Bu iki fənn üzrə müsabiqənin final mərhələsi çərşənbə axşamı günorta keçiriləcək.
Müsabiqənin dördüncü günü İranın beynəlxalq qarisi Əmirhüseyn Rəhmətinin fəxri qiraəti ilə başlayıb. Daha sonra məktəbli bölməsinin dörd iştirakçısı, o cümlədən Quranın bütövlükdə əzbərlənməsi sahəsində malayziyalı Fədhil ibn Səbran, təhqiq qiraəti sahəsində pakistanlı Bakar Məhəmməd Əbu, Quranı bütünlüklə əzbərləmək sahəsində tunisli Məhəmməd Əl-Sadiq Əl-Kəşbati və indoneziyalı Aç Faiz Fikri Quranı bütünlüklə əzbərləmək sahəsində kürsüyə çıxıblar.
“İQNA” xəbər verir ki, bu yarışın davamında növbə böyüklər bölməsinin iştirakçılarına çatıb. Bu bölmədə məğrib azanından əvvəl bütün Qurani-Kərimin hifzi sahəsində iranlı Ümidrza Rəhimi, təhqiq qiraəti sahəsində İraqdan Abdullah Züheyr Hadi və Tunisdən Malik ibn Qasim ibn Abdullah Qurani-Kərimin bütövlikdə əzbərləmək sahəsində kürsüyə çıxıb.
Yarışların davamında və məğrib azandan sonra qiraət sahəsində Malayziyadan İmən Rizvan, bütün Quranı əzbərləmək üzrə Əlcəzairdən Hüzeyfə Qureşi, təhqiq qiraəti üzrə Sinqapurdan Məhəmməd Sədid, bütün Quranı əzbərləmək sahəsində Suriyadan Yasir Əl-Əhməd və qiraət sahəsində Hollandiyadan Mustafa Əli kürsiyə çıxıb.
4200727